Gəncədə 16 yaşlı oğlan özünü asdı


Gəncədə intihar hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə şəhərin “Türklər qəsəbəsi” adlanan ərazisində qeydə alınıb.

Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Vəliyev Əli İlyas oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu