Salyanda 3 yaşlı uşağı maşın vurub


Bu gün axşam saatlarında Salyan rayonunun Şorsulu kəndində 3 yaşlı kənd sakini Zabilli Nurlan Ərəstun oğlunu maşın vurub.

Uşaq həmkəndlisi Mahur Hüseynovun idarə etdiyi VAZ-21011 markalı, dövlət nömrə nişanı 27-xx-440 olan avtomaşınla vurulub.

Salyan Mərkəzi Rayon Xəstəxanasından aldığımız məlumata görə, baş nahiyəsindən xəsarət almış uşağın vəziyyəti ağırdır.

Onu da qeyd edək ki, 3 yaşlı Nurlan Zabillinin atası Salyan Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşıdır.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb. (Virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu