Məmur 400 min rüşvət alarkən tutuldu


Rusiyanın Kirov vilayətinin qubernatoru Nikita Belıx həbs olunub.

N.Belıx Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Moskva restoranlarının birində 400 min avro rüşvət alarkən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb. Kirov qubernatorunu 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, Nikita Belıx 2008-cш ildən Kirov vilayətinin qubernatoru vəzifəsində çalışır. (oxu.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu