Oksigen balonu partladı: iki neftçinin ayağı kəsildi


“Bibiheybət” Neft və Qazçıxarma İdarəsində oksigen balonunun partlaması nəticəsində iki işçi ağır xəsarət alıb”.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, hadisə iyulun 18-də baş verib. “Təşkilatımıza daxil olan məlumatda deyilir ki, xəsarət alanlardan biri Qərib Quliyev “Bibiheybət” NQÇİ-nin mexanikidir. Digəri isə Dövlət Neft Şirkəti Texnoloji Nəqliyyat İdarəsinin sürücüsüdür. Hər ikisi xəstəxanadadır. Onların ayağı kəsilib”.

M.Qəhrəmanlı faktla bağlı Dövlət Əmək Müfəttişliyi tərəfindən araşdırmalara başlandığını deyib. “Oksigen balonundan qaynaqda istifadə edilir. İlkin məlumata görə, təhlükəsizlik qaydaalrına riayət edilməyib”,-deyə hüquq müdafiəçisi bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu