Salyanda keçmiş məhkum narkoman qızını öldürüb


Salyanda ata qızını iplə boğaraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avqustun 21-də Salyan sakini, 33 yaşlı Qurbanova Gülnar Eldar qızının meyiti yaşadığı evdən tapılıb. Araşdırmalarla onu atası, 1954-ci il təvəllüdlü Eldar Əliheydər oğlu Qurbanovun öldürdüyü müəyyənləşib. Qızın meyiti məsciddə yuyularkən boynunda aşkarlanan ip izindən öldürüldüyü üzə çıxıb.

E. Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, Gülnar Qurbanova və atası əvvəllər məhkumluq həyatı yaşayıblar. E. Qurbanov 17 il həbsxanada olub. Qadının isə narkotik asılılığı olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu