Rövşən Lənkəranski ilə bağlı yeni faktlar üzə çıxdı


Avqustun 18-də Türkiyədə güllələnərək öldürülən azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev (Rövşən Lənkəranski) ilə bağlı yeni faktlar üzə çıxıb.

Ölkə.Az-ın Türkiyədəki mənbədən əldə etdiyi məlumata görə, Rövşən Canıyev hadis baş verən günü İstanbulun “Florence Nightingale” xəstəxanasına yerləşdirilib. Həmin vaxtı onu ilk ziyarət edənlərdən biri Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov olub.
Əslən Lənkərandan olan iş adamı M.Mənsimov həmin günü xəstəxanada olub və Rövşən Canıyevin ölüm xəbərini ilk bilənlərdən olub.
M.Mənsimovun yaxından köməyi ilə Rövşən Canıyevin həmin gecə cənazəsinin Lənkərana göndərilməsi və bu istiqamətdə sənədləşdirmə işlərinin təcili həlli mümkün olub.
M.Mənsimov xəstəxanada Türkiyə dövlət rəsmilərinə zəng edərək, təcili Rövşən Lənkəranskinin cənazəsinin Azərbaycana göndərilməsi ilə bağlı sənədləşmə işinin həllini xahiş edib. M.Mənsimov bu zəngindən təqribən 2-3 saat sonra isə tapşırıq verib ki, onun təyyarəsi təcili hazır vəziyyətə gətirilsin.
Daha sonra Rövşən Lənkəranskinin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı bütün sənədlər hazırlanıb və onun yaxınlarına təhvil verilib.
Elə həmin gecə Rövşən Lənkəranskinin cənazəsi İstanbul-Lənkəran xüsusi reysi ilə doğulduğu Lənkəran şəhərinə gətirilib.

Xatırladaq ki, Rövşən Lənkəranski 18 avqust 2016-cı ildə gecə saatlarında Türkiyədə avtomobilində gedərkən qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu