"Petkim"in 24 əməkdaşı Türkiyədən qaçıb - ÇEVRİLİŞ İTTİHAMI


İzmirdə 15 iyul hadisələrindən sonra haqlarında saxlanılma qərarı çıxarılan Petkim - Petrokimya Holdinq əməkdaşlarının əksəriyyətinin Türkiyədən qaçdığı ortaya çıxıb.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, İzmirdə FETÖ istintaqı çərçivəsində "Petkim" Petrokimya Holdingin 61 işçisi haqqında yaxalama qərarı çıxarılmışdı. Saxlanılaraq məhkəməyə sövq edilən aralarında Petkimin keçmiş direktoru Sadettin korkut və bəzi yüksək vəzifəli işçilərin də olduğu 37 nəfərdən 13-ü silahlı terror təşkilatının üzvü olmaq iddiası ilə həbs olunub, 15-i isə şərti olmaqla ümumilikdə 24 nəfər sərbəst buraxılıb.

Qalan 24 nəfərin isə hələ yaxalanmadıqları və istintaqdan yayındığı bildirilir.

Qeyd edək ki, "Petkim"in 51 faizi SOCAR Türkiyəyə məxsusdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu