Jurnalist məktub yazıb, özünü güllələdi


Ukraynada rusiyalı jurnalist, “Yeni Region” agentliyinin təsisçisi Aleksandr Şetinin cəsədi tapılıb.

AzVision.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, başında güllə yarası olan jurnalistin cəsədi Kiyevdəki mənzilinin eyvanında tapılıb.

A. Şetinin cəsədini ilk olaraq onun ad gününü təbrik etmək üçün mənzilinə gələn dostları aşkarlayıb. Cəsədin yaxınlığında jurnalistin ölümündən əvvəl yazdığı məktub, travmatik tapança və giliz tapılıb. Jurnalistin intihar etdiyi ehtimal olunur.

Polis araşdırma aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu