Qazaxda 11-ci sinif şagirdi qətlə yetirildi


Qazaxda 11-ci sinif şagirdi bıçaqlanaraq qətlə yetirilib.

"Report"un verdiyi məlumata görə, hadisə Qazax şəhərinin Azadlıq prospektində qeydə alınıb. Rayonun Dəmirçilər kənd sakini, 11-ci sinif şagirdi Rafiq Bayramoğlu kənddən rayona repetitor yanına gedən zaman onun qarşısını 13-15 yaşlı yeniyetmə kəsərək pul tələb edib. 16 yaşlı oğlan pul vermədiyi üçün naməlum yeniyetmə onu bıçaqla vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu