Ailəsi evdə olarkən mənzilin eyvanına çıxıb özünü atdı- BAKIDA ŞOK OLAY


Dünən Bakıda qadının çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

1980-ci il təvəllüdlü Qarayeva Nurlanə Nemət qızı əslində bədbəxt hadisənin qurbanı olmayıb, onun intihar etdiyi üzə çıxıb. Bəlli olub ki, 36 yaşlı qadın həyat yoldaşı və uşaqları evdə olarkən mənzilin eyvanına çıxaraq özünü atıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.(Lent.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu