Xırdalanda şagird məktəbdə intihara cəhd edib


Abşeron rayonunda şagird məktəbdə intihara cəhd edib. Hadisə Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə qeydə alınıb.

Burada təhsil alan şagirdlərdən birinin binanın ikinci mərtəbəsindən özünü atdığı bildirilir.

Abşeron rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, onlara məktəbin ikinci mərtəbəsindən şagirdlərdən birinin yıxılması barədə məlumat daxil olub. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu