"Gəldim ki, qanın içində yerdə uzanıb"- qaynını sifətindən güllələyənin işi


Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Fəsədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən xəbər verir ki, oktyabrın 24-də hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Məhləmə istintaqı yekunlaşmadan öncə sonuncu şahid ifadə verib.

osrsdəşahid kimi tanınan polis əməkdaşı Elçin Qəmbərov iştirak etməyib.

Hakim bildirib ki, ona xəbərdarlıq edilsə də məhkəməyə gəlmir. Şahidin məhkəməyə gətirilməsi üçün son bir həftə vaxt verilib.

Şahid Elçin Qəmbərov hadisənin baş verdiyi ərazidə mühafizə xidmətində çalışıb.

O, qeyd edib ki, hafdsədən silah səsi eşidəndən sonra xəbər tutub.

"Mən işldəyim şirkətdə arxa qapıda mühafizə idim. Silah səsini eşidib qabaq qapıya qaçdım. Elnarın terdə uzandığını, qanın içində olduğunu gördüm"- deyə şahid qeyd edib.

R.Qəmbərov yaralını özü xəstəxanaya çatdırdığını da qeyd edib.

Hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib və çıxış üçün dövlət ittihamçısına söz verib. Prokuror çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib.

Xatırladaq ki, hadisə bu il yanvarın 9-da Abşeronda baş verib.

Rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn qohumu, qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

M.Fəsədov polis əməkdaşları tərəfindən tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb.

M.Fəsadov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, zərərçəkmiş E.Canatov təqsirləndirilən şəxsin qaynıdır. Hadisənin baş vermə səbəbi isə Mehman Fəsadovun içki içməsi və ailəsinə baxmaması olub. E.Canatov buna eturaz edib və bacısını öz evlərinə gətirib. M.Fəsadov isə buna etiraz edərək qaynını güllələyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu