Bakıda oteldə 33 yaşlı kişi damarlarını kəsdi


Bakıdakı otellərdən birində 33 yaşlı kişi öz qolunu doğrayıb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Ağa Nemətulla küçəsində yerləşən dördulduzlu "Premier Expo" otelində qeydə alınıb.

Otelin hamam otağında 1983-cü il təvəllüdlü Namiq Əliyev qol damarlarını ülgüclə kəsərək intihar etməyə cəhd göstərib. Çoxlu qan itirən yaralını otağa gəlmiş xadimə aşkar edib.

O, 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

N.Əliyevin intihara cəhd etməsinin səbəbləri araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu