Prokuror “Qızıl Məryəm"i öldürənlərə 49 il həbs istədi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Günel Hüseynovanın 19, Ceyhun Əsgərovun 20, Nicat Eyvazovun isə 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti məhkəmə prosesi oktyabrın 28-nə təyin edilib.(virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu