Bakıda arvadını boğub öldürənə 10 il həbs verildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq zəminində boğaraq qətlə yetirməkdə təqsirləndirilən Tural Kazımovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Tural Kazımov 10 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl bu il iyun ayının 20-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsindəki fərdi yaşayış evində baş verib. 1988-ci il təvəllüdlü T. Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı boğaraq qətlə yetirib. T.Kazımov hadisədən dərhal sonra polisə gələrək təslim olub.

O, ilkin ifadəsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib.

Onların nikahından 3 azyaşlı övladları qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu