Bakıda növbəti vəhhabi və gülənçi əməliyyatı - Müdhiş təfsilat


Ölkədə vəhhabi və nurçu təbliğatının qabaqlanması istiqamətində tədbirlər gücləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi oktyabrın 26-da hüquq-mühafizə orqanları ilə birgə əməliyyat keçirib.

Yasamal rayonu ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan 6 mağazada reyd olub. Baxış keçirilən mağazalardan 4-nün ixtisaslaşdırılmamış satışla məşğul olduğu aşkar olunub.

Bundan başqa, 16 dini təyinatlı ədəbiyyatın müvafiq razılıq olmadan satıldığı müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb. Bir neçə gün qabaq da Lökbatanda reydlər keçirilmişdi. Həmin mağazaların adı, ünvanı və hansı kitabları satdıqları açıqlanmır.

Komitə bu məsələni gizli saxlayır. Ehtimal olunur ki, bununla təşviş yaratmamaq məqsədi güdülür. Kitabların adları açıqlanmaqla onlrın mənşəyini və hansı dini təriqəti təbliğ etdiyini müəyyən etmək olar.

Amma ümumilikdə fətullahçı və vəhhabi şəbəkələrin zərərsiləşdirilməsi istiqamətində bu işlərin getdiyini təxmin etmək mümkündür. Çünki ölkədə iki ekstremist cərəyan - FƏTÖ və İŞİD-lə mübarizə var.

Bir neçə gün qabaq da nurçular saxlanmışdı. Dünyanı təhdid edən bu iki radikal təşkilatlar müxtəlif yollarla insanları öz əsarətində saxlayır.

Onların fəaliyyəti sırf kütləvi şəkildə təşkilatlanmaq və xalqın içərisinə girərək qeyri-ənənəvi dini təriqətləri yaymaqdır. Bunun da bir yolu özlərinin kitablarını təbliğ etməkdir. Son günlərdə isə komitə ilə hüquq-mühafizə orqnaları birgə hərəkət edir.

Referendumdan sonra ölkədə Fətullah Gülən şəbəkəsinə qarşı mübarizənin sərtləşdiriləcəyini bildirmişdik.
Bundan əlavə, şeyx Azərbaycana gələn ərəb turistlərin arasında dini ekstremizmi təbliğ edənlərin olduğuna eyham vurmuşdu.

QMİ sədri dolayısı ilə nişan vermişdi ki, Bakıya gələn ərəblərin içində missionerlər var və vəhabiliyin gücləndirilməsinə təkan verilir. Elə bir gün sonra Fətullah Gülənin Bakıdakı imamının "hoca”ya yazdığı məktub Türkiyə mətbuatında tirajlandı.

Məktubda fətullahçıların PA, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinə yerləşdirilməsindən bəhs olunurdu. Bu bəyanatlar arasında siyasi yaxınlıq olmaya da bilər. Lakin FƏTÖ və İŞİD təhlükəsinə eyni ərəfədə həyəcan təbili çalınması Azərbaycanda hansısa dini-ideoloji proseslərin getdiyindən xəbər verirdi.

Şeyx vəhabi təhlükəsini dilə gətirir, imamın məktubu isə dövlət qurumlarında hələ də gülənçilərin olduğunu işarə edir. Hər halda hər iki xətt üzrə gedən təbliğat işi Azərbaycanın hüquq-mühafizə orqanlarının diqqət mərkəzindən kənarda deyil.(politika.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu