Bakıda zavoda silahlı basqın: yaralananlar var


Bakıda zavoda basqın olub.

Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Sahil qəsəbəsi ərazisində yerləşən zavoda basqın edən 4 nəfər oranın mühafizəçiləri - 1990-cı il təvəllüdlü Ruslan Qərib oğlu Hacıyevi bıçaqlayıb, digər mühafizəçi, 1993-cü il təvəllüdlü Rəhim Arif oğlu Rəhimovun başına küt alətlə vurublar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu