Günün daha iki intihar xəbəri Quba və Qusardan gəldi


Qusar rayonun sakini özünə ov tüfəngindən atəş açaraq intihar edib.

Rayonun Samur qəsəbə sakini, 40 yaşlı Mursüd Nizaməddin oğlu Mədrəliyev bu gün səhər saatlarında yaşadığı evdə özünü ov tüfəngi ilə öldürüb. Məlumata görə, ov tüfəngi mərhumun özünə məxsus olub. M.Mədrəliyevin ailə üzvləri hadisə ilə bağlı dərhal polisə məlumat veriblər. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. M.Mədrəliyevin intihar etməsinin səbəblərı hələ bəlli deyil. Faktla bağlı Qusar rayon hüquq mühafizə orqanlarında araşdırma aparılır.

Quba rayonunda isə 73 yaşlı qadın intihar edib. Hadisə rayonun Çiçi kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini 1943-cü il təvəllüdlü Zəhra Abıyeva özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil. (“Report”)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu