Azərbaycanda məmurun qardaşı 10 kilo narkotiklə tutuldu-FOTO

Xəbərin çap versiyası
6-01-2017, 22:21      
Azərbaycanda məmurun qardaşı Xəbər verdiyimiz kimi, ötən gün İsmayıllı rayon sakinləri narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar.

Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Yasamal rayonu ərazisində İsmayıllı rayon sakinləri Mərdan Mehrəliyev və Şükür Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıb.

M.Mehrəliyevin idarə etdiyi "Niva" markalı avtomobilə baxış zamanı 10 kiloqram 410 qram marixuana aşkar edilərək götürülüb.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Şükür Hümbətov İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətovun qardaşıdır.

Şükür Hümbətov İsmayıllıda dəri biznesi ilə məşğul olub. Bundan əlavə onun böyük fermer təsərrüfatına, Bakıda bir neçə mənzilə, ticarət obyeklərinə sahib olduğu bildirilir.

Saxlanılan Ş.Hümbətov və M.Mehrəliyev Ağdam rayonundan köçkün düşüblər.

Azərbaycanda məmurun qardaşı

Tofiq Hümbətov

AFN.az

Baxış sayı: 1 402











Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz