Lənkəranskinin qatillərindən biri İŞİD-çi olub

Xəbərin çap versiyası
Tarix: 7-01-2017, 11:59    |    Xəbər oxunub: 224 dəfə
Lənkəranskinin qatillərindən biri İŞİD-çi olub Ötən ilin avqustunda İstanbulda məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevi (“Rövşən Lənkəranski”) güllələyən killerlərdən biri İŞİD üzvü olub.

Bu barədə “Sputnik” agentliyi “kriminal dairələrdəki mənbəyə” istinadən bildirir. Mənbə təsdiq edir ki, “Rəşad Gəncinski” kimi tanınan kriminal avtoritet Rəşad İsmayılov həqiqətən öz çevrəsində “Lənkəranskini o dünyaya göndərdiyi” barədə danışıb. Və bunu yaxın dostu, Moskvanın göyərti kralı kimi tanınan Cambulat Şamiloğlunun Lənkəranskinin əmri ilə öldürülməsinə görə edib.

Lakin Lənkəranskinin yaxın çevrəsindəki mənbələr onun Şamiloğlunun ölümündə əli olmadığını deyirlər. Onu da deyirlər ki, “Rəşad Gəncinski” Lənkəranskinin öldürülməsini sifariş edən yeganə kriminal avtoritet deyil. Bu işdə “Piter Elçin” kimi tanınan və bu günlərdə qardaşı Masallıda güllələnən kriminal avtoritetin, o cümlədən “Lotu Quli”nin də əli var.

Maraqlıdır ki, “Piter Elçin” Əfqanıstanda xidmət edib, qondarma “Talış-Muğan respublikası” yarananda onun rəhbəri Ələkrəm Hümbətovun mühafizəçisi olub.

Məlumata görə Türkiyə hüquq-mühafizə orqanları Lənkəranskinin güllələnməsi işinin təhqiqatında müəyyən yeni detallar əldə ediblər. Belə ki, killerlərin kimlikləri məlumdur, lakin onlar çoxdan Türkiyəni tərk ediblər və yaxalanmaları mümkün deyil. Videomüşahidə kameralarının görüntülərinə əsasən Lənkəranskini güllələyənlər 4 nəfər olublar. Onları azərbaycanlılar və çeçenlərdir. Son məlumata görə killerlərdən biri İŞİD terror qruplaşmasının üzvü olub. Lakin o, Lənkəranskiyə heç də ideoloji səbəblərdən atəş açmayıb. Peşəkar döyüşçü olan həmin killer sanballı pul qazanmaq üçün bunu edib.

Qeyd edək ki, son vaxtlar “Sputnik” agentliyi vaxtaşırı olaraq kriminal dairələrdə gedən çəkişmələr və baş verən hadisələr barədə detallı məlumatlar dərc edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib

Putin prezident seçkilərində müstəqil namizəd olacaq

Putin prezident seçkilərində müstəqil namizəd olacaq

Azərbaycanda qızıl və gümüş hasilatı artıb

Azərbaycanda qızıl və gümüş hasilatı artıb

İraqda 38 İŞİD-çi edam olunub

İraqda 38 İŞİD-çi edam olunub

İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək

İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək

Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı

Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı

Türkiyə XİN:

Türkiyə XİN: Ermənistan Xocalı qətliamına görə cavab verməlidir

Ərdoğanın baş müşaviri istefa verib

Ərdoğanın baş müşaviri istefa verib

"Dəmirbank" "əriyir": Əmanət və kreditlərə "stop"

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

Prezident səfərbərlik xidməti ilə bağlı fərman imzalayıb

Prezident səfərbərlik xidməti ilə bağlı fərman imzalayıb

Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib

Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur