Strateji Araşdırmalar Mərkəzinin ofisindən oğurluq edildi


Bakıda Strateji Araşdırmalar Mərkəzinin ofisindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Strateji Araşdırmalar Mərkəzində işləyən aparıcı mütəxəssislərdən birinin iş otağındakı seyfdən 1500 manat və 6000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən orada nəzarətçi işləyən Füzuli rayon sakini Rauf Kamallı və mühafizəçi - Bakı şəhər sakini Zaur Quliyev tutulublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu