Məhkəmədə hakim özü özünə etiraz etdi

Xəbərin çap versiyası
Tarix: 10-01-2017, 14:28    |    Xəbər oxunub: 203 dəfə
Məhkəmədə hakim özü özünə etiraz etdi Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesə hakim Eldar İsmayılov sədrlik edib. Hazırlıq iclasında hakim özü özünə etiraz verib. Bunu cinayət işinin DTX-nin istintaq idarəsində aparıldığını, oğlu Emil İsmayılzadənin istintaq qrupunun üzvü olması ilə əsaslandırıb. Hakim bildirib ki, belə olan halda qanunvericilik onun bu işə baxmasına icazə vermir: "Bu, qanunun tələbidir".

Etiraz digər iki hakim tərəgindən müşavirə otağında müzakirə olunub. Bundan sonra etirazın təmin olunması ilə bağlı qərar elan olunub. Hakim Cavid Heseynov məhkəməyə sədrlik edəcək hakimin Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev tərəfindən təyin ediləcəyini bildirib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Natiq Kərimov xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirli bilinir.

2015-ci il yanvarın 6-da həbs edilən N.Kərimov barəsində yanvarın 19-da onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

İnqilab Əhədov da eyni maddə ilə təqsirli bilinərək həbs edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda həbsdədir. (virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib

Putin prezident seçkilərində müstəqil namizəd olacaq

Putin prezident seçkilərində müstəqil namizəd olacaq

Azərbaycanda qızıl və gümüş hasilatı artıb

Azərbaycanda qızıl və gümüş hasilatı artıb

İraqda 38 İŞİD-çi edam olunub

İraqda 38 İŞİD-çi edam olunub

İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək

İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək

Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı

Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı

Türkiyə XİN:

Türkiyə XİN: Ermənistan Xocalı qətliamına görə cavab verməlidir

Ərdoğanın baş müşaviri istefa verib

Ərdoğanın baş müşaviri istefa verib

"Dəmirbank" "əriyir": Əmanət və kreditlərə "stop"

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

Prezident səfərbərlik xidməti ilə bağlı fərman imzalayıb

Prezident səfərbərlik xidməti ilə bağlı fərman imzalayıb

Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib

Şura “Türkmənçay sülh müqaviləsi - 190: tarixi həqiqətlərin izi ilə” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur