Məmur borca görə intihar etdi- Azərbaycanda


Bu gün Bakıda intihar hadisəsi baş verib.

Şeyx Şamil küçəsi ev 8, mənzil 6 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Cavadov Şakir Ənvər oğlu Salyan şosesi 32 ünvanında Veloparkın ərazisində şam ağacından özünü asaraq intihar edib.

Bildirilir ki, Ş.Cavadov 1 ay əvvələdək Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 144 saylı MKİS-in rəisi işləyib. 1 ay əvvəl isə o, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyində digər vəzifəyə keçirilib.

Onun müxtəlif şəxslərə külli miqdarda borcunun olduğu bildirilir.(lent.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu