DİN Lənkəranda özünü polis idarəsinin pəncərəsindən atan qadın haqda


Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) özünü Lənkəran Rayon Polis İdarəsində pəncərədən atan 46 yaşlı Yaqut Əliyeva ilə bağlı insidentə görə təəssüfləndiyini bildirir. Bunu virtualaz.org-a DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

E. Zahidovun sözlərinə görə, Yaqut Əliyeva polis idarəsinə operativ məlumatlar əsasında gətirilib.

2013-cü ilin may ayında Şürük kəndində Fəxriyyə Huseynovanın cəsədi tapılmışdı. Araşdırmanın gedişatı zamanı məlum olmuşdu ki, bu kəndin sakinləri Elgün Həşimov, Yaqut Əliyeva və Xanım Həsənova soyğunçuluq məqsədi ilə Fəxriyyə Həsənovanın evinə giriblər. Onlar oradan 9100 manat pul və qiymətli əşyalar oğurlayıblar. Ev sahibəsini isə elektrik sobasının üzərinə itələyiblər və nəticədə o, dünyasının dəyişib.

Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə cinayət işi açılıb. Hər üç şübhəli öz günahını etiraf edib.

“Görünür, ifşa edildiklərini, cəza çəkməli olduğunu anladığından belə addım atıb. Yaqut Əliyevaya polisdə heç bir fiziki və psixoloji təzyiq olmayıb. Daxili İşlər Nazirliyi və prokurorluq bu iş üzrə araşdırmanı davam etdirəcək”, - deyə E.Zahidov bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu