Suraxanıda 33 yaşlı kişi özünü asaraq intihar edib


Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Vaqif Əsədov özünü yaşadığı evdə asaraq öldürüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. (Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu