Azərbaycanlı kriminal avtoritet qətlə yetirildi




Rusiyada azərbaycanlı avtoritet başından güllənərək öldürülüb.

AFN "Report"-a istinadən xəbər verir ki, hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb. Belə ki, Surqut şəhərində "Kafe Rus" iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq ("sxodka") olub. Avtoritetlər arasında mübahisə düşüb. Nəticədə Ağdam rayon sakini 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başında güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb.

S.Zeynalovun meyiti Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib. Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu