Gədəbəydə ər arvadını qətlə yetirib




Gədəbəydə qətl olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Kənd sakini 1983-cü il təvəllüdlü Allahverdiyev Zamur Salman oğlu həyat yoldaşı 1978-ci il təvəllüdlü Əsgərova Dürdanə Məcid qızını döyərək qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətli törədən Z. Allahverdiyev saxlanılıb.

Qətlə yetirilən qadın 3 övlad anası olub.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu