Tovuzda 17 yaşlı qız intihar edib




Tovuz rayonunda intihar hadisəsi baş verib.

Hadisə fevralın 5-də axşam saatlarında rayonun Düz Qırıqlı kəndində baş verib. Kənd sakini, 2000-ci il təvəllüdlü Qəmbərova Aliyə Habil qızı ozünü yaşadığı evdə asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır. (Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu