Polşadan oğurluq “Land Rover” gətirən azərbaycanlı saxlanıldı




Bu gün Ukraynanın "NovıyeYariloviçi" avtomobil buraxılış məntəqəsində sərhədçilər Avropa Birliyi ölkələrindən birində oğurlanan avtomobili saxlayıb.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, avtomobil Ukraynaya giriş üçün rəsmiləşdirilən zaman Polşa qeydiyyatında olan "Land Rover"in İnterpolun məlumat bazasında olduğu aydınlaşıb.

Əlavə yoxlama zamanı müəyyən edilib ki, 2013-cü ildə buraxılmış avtomobil 2016-cı ilin aprelindən Polşada oğurlanıb.

Hazırda avtomobili və onun sürücüsü - 35 yaşlı Azərbaycan vətəndaşı Repkinski rayon polis bölməsində saxlanılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu