“Cins Mamed” tapança ilə tutuldu




Daxili İşlər Nazirliyi saytının məlumatına görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Neftçala rayon sakini Məmmədqasım Bədəlovdan nömrəsi silinmiş “TOZ” markalı tapança, 3 ədəd patron və 1 patron darağı götürülüb.

Virtualaz.org sayıtının rayon sakinlərindən əldə etdiyi məlumata görə, 60 yaşlı Məmmədqasım Cavanşir oğlu rayonun Bankə qəsəbə sakinidir. Narkotik maddələrin satışına və istifadəsinə görə əvvəllər dəfələrlə məhkumluq hayatı yaşayıb.

Yerli sakinlərin bildirdiyinə görə, 70-ci illərdə Bankədə ilk dəfə cins şalvar onda olduğu üçün “cins Mamed” ləqəbi daşıyırmış.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu