Özünü “ASAN”ın işçisi kimi təqdim etdi- Saxlanıldi




Özünü “ASAN xidmət”in vəzifəli şəxsi kimi təqdim edərək dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.



Baş Prokurorluqdan verilən məlumata görə, Bakı şəhər sakini Zöhrab Paşayev özünü “ASAN xidmət” mərkəzinin vəzifəli şəxsi kimi təqdim edib, saxta sənədlərdən istifadə edərək 2017-ci ilin yanvar ayı ərzində iki vətəndaşı mərkəzə işə düzəldəcəyi adı ilə aldadıb 13 min 600 manat məbləğində pulu ələ keçirib.

Z.Paşayevə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, istintaq zamanı Z.Paşayevin özünü dövlət orqanlarının vəzifəli şəxsi, habelə məhkəmələrdə hüquqşünas kimi təqdim edərək beş epizod üzrə saxta məhkəmə qərarları, o cümlədən dövlət ştampı, möhür və blankarından istifadə edərək ayrı-ayrı şəxsləri aldadıb onlara məxsus 10 min 660 manat məbləğində pulu ələ keçirməsinə dair sübutlar əldə olunub.

Hazırda Z.Paşayevin törətdiyi digər əməllərin araşdırılması, eləcə də cinayətin digər iştirakçılarının müəyyən olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbiləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu