Şirvanda keçmiş məhkum iki polisə xəsarət yetirdi




Şirvanda qeyri-qanuni narkotik dövriyyəsində şübhəli bilinən şəxs polis əməkdaşlarına xəsarət yetirib.

Belə ki, martın 21-də narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Solovyev Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılarkən iki polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

M.Solovyev isə tutulub, ondan 1 bıçaq və 9 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri DİN-in saytı yayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu