Azərbaycanda kütləvi dava: bıçaqlananlar var




Xəsarət alanlar 17 nəfərlik bir qrup tərəfindən döyülərək bıçaqlanıblar



Cəlilabadda kütləvi dava-5 nəfər bıçaqlandı. Cəlilabad rayonunun Nar bağı adlanan ərazisində kütləvi dava baş verib. Dava zamanı 5 nəfər bıçaqlanıb.

Bunlar rayon sakinləri Amid Möhsümov, Bəhruz və Pərviz Sahiboğlu qardaşları, Ruslan Əliyev və Asəf Yaqubovdur. İlkin məlumata görə xəsarət alanlar 17 nəfərlik bir qrup tərəfindən döyülərək bıçaqlanıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan Ruslan Əliyevin vəziyyəti ağırdır. Rayon polis şöbəsində hadisənin baş vermə səbəbləri araşdırılır.faktla bağlı saxlanılan yoxdur. (istipress)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu