Borca düşən biznesmen intihar etdi




Abşeron rayonunun Xırdalan şəhərində intihar hadisəsi baş verib.

Məlumata görə, 1971-ci il təvəllüdlü Abdullayev Fərman Rəhman oğlu yaşadığı evdə özünü asıb. Abşeron Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış zamanı onun intihardan əvvəl məktub yazıb qoyduğunu müəyyən ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Bildirilir ki, F.Abdullayev tikinti materiallarının alqı-satqısı ilə məşğul olurmuş və “Eurohome” tikinti materialları bazarında işləyirmiş. İş adamının son vaxtlarda xeyli borcu yaranıb və problemdən çıxmağa çalışırmış.(Report.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu