Akif Çovdarovun işində zərərçəkmiş şəxs diri-diri yandı




Bir neçə gün əvvəl Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yanaraq ölən şəxslərdən birinin ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işində zərərçəkmiş kimi tanındığı müəyyənləşib.

APA-nın məlumatına görə, hadisədə ölən Quliyev Gülağa Məhərrəm oğlu digər zərərçəkmiş Namiq Orucovun sürücüsü olub. Ötən iclasda ifadə verən G .Quliyev bildirib ki, 2015-ci ildə N. Orucovu İlham Qasımovun bacısı oğlunun toyuna aparıb. Orada dava düşdüyünü və saxlanıldığını deyən G. Quliyev daha sonra günahsız olduğu üçün buraxıldığını söyləyib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi aprelin 14-də Zığ-Aeroport yolunda baş verib. Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi “Kia” markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi “VAZ-2104” markalı avtomobilə vurub və “VAZ” markalı avtomobildə yanğın baş verib. Nəticədə G. Quliyev və sərnişinləri, paytaxt sakinləri - Narif Sadıxovla qardaşı Elçin hadisə yerində ölüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu