Bakıda silahlı insident- YENİLƏNİB




Bakıdakı silahlı insident nəticəsində iki nəfər yaralanıb.



Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə Salyan şossesində naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb.

Onlar xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olduğu müəyyən edilib.

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

* * *

Paytaxtın Səbail rayonunda silahlı insident qeydə alınıb.

"Report" xəbər verir ki, 1986-cı il təvəllüdlü Bağırov Ələddin İsəddin oğlu Bayıl qəsəbəsində naməlum şəraitdə güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

O, ilkin dindirilmə zamanı Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarına bildirib ki, qəsəbə ərazisində küçə ilə hərəkət edən zaman naməlum istiqamətdən ona atəş açılıb.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu