Ali məktəbdə kütləvi dava düşdü: tələbə bıçaqlandı




Gəncə şəhərində tələbə bıçaqlanıb.

Azərbaycan Texnologiya Universitetinin tələbəsi naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, universitetin qarşısında kütləvi dava düşüb və mübahisə zamanı tələbələrdən biri bıçaqlanıb.
Tələbənin hanısı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırlır.

Azərbaycan Texnologiya Universiteti tələbənin bıçaqlanması ilə bağlı məsələyə aydınlıq gətirib. Ali təhsil müəssisənin mətbuat katibi Rasim Əliyev "Report"a bildirib ki, hadisə universitetin ərazisindən kənarda dərs vaxtı bitdikdən sonra baş verib. O, həmin şəxsin ali məktəbin tələbəsi olduğunu təsdiqləyərək, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu