Xanım idarə müdirinin qətli ilə bağlı TƏFƏRRÜAT-YENİLƏNİB




Axşam saatlarında Tovuz rayonunda qətl hadisəsi törədilib.

AFN "Report"a istinadən xəbər verir ki, qətlə yetirilən 1956-cı il təvəllüdlü Bayramova Raya Nəsrəddin qızı Dövlət Sığorta Agentliyi Tovuz rayon şöbəsinin müdiridir.

Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetirilməsi, hələlik məlum deyil.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

***

Raya Bayramova iş otağında ölü tapılıb. APA-nın məlumatına görə, 1956-cı il təvəllüdlü R.Bayramovanın meyiti aidiyyəti üzrə Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Tovuz rayon şöbəsinə təhvil verilib. Meyitin üzərində qan ləkələri olduğuna görə, R. Bayramovanın qətlə yetirilməsi ehtimal edilir.

***

"Azərsığorta" dövlət şığorta şirkəti Tovuz filialının direktoru Raya Bayramovanın iş otağında ölü tapılmasına münasibət bildirib.

Dövlət şirkətinin hüquq və kadr departamentinin direktoru Əfqan Mirzəyev APA-ya açıqlamasında bildirib: "Biz də hadisədən xəbər tutduq. İlkin ehtimal qətldir, lakin məlumat rəsmi səviyyədə təsdiqlənməyib. Biz də rəsmi məlumat gözləyirik. Hər halda, görünən budur ki, hadisənin şirkətlə əlaqəsi yoxdur".

***

Tovuz rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, şöbə müdiri qətlə yetirilən zaman onun müavinlərindən biri - Tovuz rayon sakini, 1964-cu il təvəllüdlü Vəliyev Vidadi Bəhman oğlu travmatoloji xəsarət alıb.

O, kəllə-beyin travması diaqnozu ilə Tovuz Rayon Mərkəzi Rayon xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.

Qətlə yetirilən şöbə müdiri Raya Bayramova 20 ildir ki, sözügedən vəzifədə çalışıb. Həyat yoldaşını itirən qadının iki övladı (oğul və qız) var. Mərhumun qızı da həmin idarədə işləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu