Bacısını öldürənə hökm oxundu




Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını boğaraq öldürməkdə təqsirləndirilən Rafael Yolçuyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Yolçuyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il yanvar ayında Şamaxı rayonunda baş verib. Rayon sakini 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb.

İlkin məlumata görə, ailəli olan Y.Arzuxanova həyat yoldaşı ilə mübahisə etdikdən sonra Bakıya gəlib. Bundan sonra R.Yolçuyev bacısını Bakıdan Şamaxıya gətirərək qətlə yetirib və polisə könüllü təslim olub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. ("Report")



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu