Paytaxtda 2 milyonluq oğurluq




Moskvanın mərkəzində naməlum şəxslər bir kişinin 2 milyon rublunu (təxminən 39 min ABŞ dolları) oğurlayıblar.

AFN bildirir ki, kriminal olay barədə Moskva polisi məlumat verib. “Axşam 1905-ci il və Roçdelskiy küçələrinin kəsişməsindəki yeraltı keçidin girişində 1992-ci il doğumlu kişi naməlum şəxslərin hücumuna məruz qalıb. Belə ki, qarətçilər onun sifətinə təyinatı müəyyən olunmayan maye püskürdüblər və üzərindəki 2,23 milyon rublu götürüblər”, - polisdən verilən açıqlamada belə deyilir.

Qeyd olunur ki, zərərçəkənə tibbi yardım göstərilib. Oğurluq faktı ilə bağlı cinayət işi qaldırılıb.

Hazırda polis qarətçiləri axtarır.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu