Bakıda qız evindən oğurluq edənlər tutuldu




Aprelin 30-da Bakının Xətai rayonunda törədilmiş oğurluq hadisəsinin üstü açılıb.

Lent.az xəbər verir ki, iş adamı İlqar Niyazovun mənzilindən külli miqdarda pul oğurlamış şəxslər müəyyən edilib. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də rayon ərazisindəki evlərdən birindən 35000 manat və 10000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Arif Ramazanov və bir yeniyetmə tutulublar.

Qeyd edək ki, hadisə vaxtı ev sahibi ailəsi ilə toy məclisində olub. Şikayətçi İ.Niyazov biznesmendir.

"Qafqazinfo" saytı zərərçəkən ailənin qız evi olduğunu və onların cinayətdə oğlan evini günahlandırdığını yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu