Gəncədə 29 yaşlı oğlanı döyüb kanala atdılar




Gəncə şəhərində 29 yaşlı gənci döyüb sonra kanala atıblar.



"Report"un məlumatına görə, hadisə səhər saatlarında baş verib.

Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Şahin İntiqam oğlu Eynullayev naməlum şəxslər tərəfindən döyülərək kanala atılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ş.Eynullayev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu