Övladını görmək bəhanəsi ilə keçmiş arvadının evinə gəldi və...




Bakıda mənzildən qızıl-zinət əşyaları oğurlanıb.

Lent.az-ın xəbərinə görə, polisə müraciət edən 1984-cü il təvəllüdlü Alışova Gülnarə Telman qızı bildirib ki, keçmiş həyat yoldaşı onun evindən oğurluq edib.

Qadın qeyd edib ki, bir müddət əvvəl boşandığı Elçin Şirəliyev övladını görmək bəhanəsi ilə evə gəlib və gizli yolla qızıl üzüklə 2 cüt sırğanı götürərək gedib.

Müraciət əsasında araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu