İnterpol keçmiş prezidenti axtarışa verdi




İnterpol keçmiş ittifaq dövləti Serbiya və Çernoqoriyanın keçmiş prezidenti Svetozar Maroviç beynəlxalq axtarışa verib.

Azvision.az xəbər verir ki, İnterpol məhkəmə qərarı əsasında S.Maroviçin həbsi üçün beynəlxalq order verib.

Qeyd edək ki, Svetozar Maroviç Budva turizm şəhərində tikinti layihələri ilə bağlı fırıldaqçılıqda ittiham olunan zaman 1,1 milyon avro ödəyəcəyini və 100 min avro məbləğində vəsaiti xeyriyyə məqsədilə ayıracağını vəd edərək istintaqla anlaşma əldə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu