Axtarışda olan şəxs Azərbaycandan çıxarkən yaxalandı




Hüquq-mühafizə orqanlarının axtarışa verdiyi şəxs ölkədən çıxarkən yaxalanıb.

Lent.az xəbər verir ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışa verilmiş Alməmmədov Bəhram Rüstəm oğlu Qusar rayonundan Rusiyaya keçərkən sərhədçilər tərəfindən saxlanılıb. Daha sonra o, polisə təhvil verilib və Bakıya gətirilib.

Araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu