Göyçayda çobanı arvadı öldürüb?






Göyçay rayon sakinini qətlə yetirən şəxsin kimliyi məlum olub.



Ötən gün axşam saatlarında rayonun Çərəkə kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evin həyətində meyiti tapılıb. Onun bıçaq və balta ilə öldürüldüyü bildirilir. Sadiq Musayevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.

Kənd sakinlərinin sözlərinə görə, 4 uşaq anası olan Arzu Musayeva dünən hadisə baş verəndən az sonra Göyçay rayon Polis Şöbəsinə aparılıb və hazırda orda dindirilir.

Onun ərini hansı səbəbdən qətlə yetirdiyi hələ ki, məlum deyil. Qonşuların sözlərinə görə, ailədə tez-tez münaqişə baş verib. Sadiq Musayevin çoban olduğu, eyni zamanda fəhlə kimi çalışdığı bildirilir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

* * *01:23

Göyçayda qətl hadisəsi baş verib.

APA-nın xəbərin görə, rayonun Çərəkə kənd sakini, 1985-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun meyiti tapılıb. Onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. İki uşaq atası olan Sadiq Məmmədovun çoban kimi fəaliyyət göstərdiyi bildirilir.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu