Göyçayda ərini öldürdüyü deyilən qadın BURAXILDI - Qatil tapıldı

Xəbərin çap versiyası
Tarix: 19-06-2017, 12:06    |    Xəbər oxunub: 583 dəfə
Göyçayda ərini öldürdüyü deyilən qadın





Göyçay rayonunda törədilən qətlin təfərrüatları məlum olub.



Hadisə iyunun 18-də rayonun Çərəkə kəndində baş verib. Kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evdə qətlə yetirilmiş meyiti tapılıb.

İlkin olaraq S. Musayevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı hadisə ilə bağlı Göyçay rayon Prokurorluğuna çağırılsa da, ifadəsi alınandan sonra sərbəst buraxılıb. A. Musayevanın ifadəsi əsasında davam etdirilən əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub. Müəyyən edilib ki, S. Musayevi həmkəndlisi, 1984-cü il təvəllüdlü Xanməmmədov Seymur Gündüz oğlu qətlə yetirib. S. Xanməməmmədov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Məlumata görə, qətl hadisəsi şəxsi münaqişə zəminində baş verib. Belə ki, S. Musayev və S. Xanməmmədov qətldən bir neçə saat əvvəl içki qəbul ediblər. İçkili olan həmkəndlilər arasında mübahisə baş verib və onlar ayrılıblar. Sərxoş vəziyyətdə olan S. Xanməmmədov bir-neçə saat sonra S. Musayevi öldürmək qərarına gəlib və onlara yollanıb. O. S.Musayevi yatdığı yerdə yaxalayıb və qətlə yetirib.

Xatırladaq ki, qətlə yetirilən S. Musayev 4 azyaşlı uşaq atasıdır.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. (trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru








Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur