"Bulaq" restoranındakı atışma ilə bağlı məhkəmə prosesi davam etdirilib






Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə təqsirləndirilən 9 nəfərin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.



Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Fuad Əsgərov ifadə verib. Təqsirləndirilən şəxs bildirib ki, hadisə yerində mübahisə edib və o 3 güllə yarası alıb. Ancaq kim tərəfindən güllələndiyini görməyib.

İttiham aktında qeyd edilir ki, Fuad Əsgərov "Bulaq" restoranından aylıq qeyr-qanuni pul alırmış və növbəti dəfə pul almağa gələndə restoranın icarədarları ilə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində ona atəş açılı, ayaq və bədəninin digər nayihələrindən 3 güllə yarası alıb.

İş üzrə növbəti məhkəmə prosesi iyulun 3-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynov və digər 2 nəfər tutulub.

Xatırladaq ki, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. (trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu