AFN.AZ / 44 yaşlı Bakı sakininin 27 min dolları əlindən alınıb

44 yaşlı Bakı sakininin 27 min dolları əlindən alınıb

Bakı sakininə qarşı 27 min dollarlıq dələduzluq edilib.

Bakı sakini, 1972-ci il təvəllüdlü Ağayev Nizam Həsənağa oğlu Xətai Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, 2013-cü ilin dekabr ayında ona qarşı dələduzluq edilib.

N.Ağayev ərizəsində qeyd edib ki, Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Mirzəyev Ağazaman Zeynal oğlu onu aldadaraq 27 000 ABŞ dollarını alıb və geri qaytarmayıb.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır. (“Report”)
5-01-2017, 17:45
Geri qayıt