AFN.AZ / "Baku Bus"ın iştirakı ilə baş verən qəzanın videogörüntüsü yayılıb-

"Baku Bus"ın iştirakı ilə baş verən qəzanın videogörüntüsü yayılıb-

Avtobusla minik maşınının toqquşması qadın sürücünün ölümü ilə nəticələnib

“BakuBus”ın avtobusunun iştirakı ilə baş verən qəzanını görüntülərində minik maşınını qayda pozuntusuna yol verdiyi məlum olub. “BakuBus”ın mətbuat xidmətindən bildirilib ki, yanvarın 9-da Binəqədi rayonunun C. Xəndan küçəsində “BakuBus”a məxsus 6 saylı marşrut avtobusu ilə vətəndaşa məxsus avtomobilin toqquşması nəticəsində baş vermiş yol hərəkəti qəzası ilə bağlı bir sıra mətbuat orqanlarında reallıqdan uzaq, gerçəkliyi əks etdirməyən məlumatlar yer alıb.

Şirkət yayılan məlumatların gerçəkliyə uyğun olmadığını göstərmək üçün hadisənin görüntüsünü yayıb. Videogörüntüdə minik maşınını yol hərəkəti qaydasını pozduğu görünür.

Qeyd edək ki, qəza yanvarın 9-da 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Sevda İsmayılova idarə etdiyi “Nissan Qasqai” markalı maşınla yolun əks hərəkət istiqamətinə çıxaraq “BakuBus”a məxsus 6 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

11-01-2017, 16:56
Geri qayıt